ABŞ Venesueladan olan miqrantları Quantanamodan Hondurasa deportasiya edib

2025/02/1740121493.jpg
Oxunub: 384     10:47     21 Fevral 2025    
ABŞ hökuməti Kubadakı Quantanamo bazasında saxlanılan miqrantların demək olar ki, hamısını Hondurasa deportasiya edib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə “NBC News” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Cümə axşamı səhər saatlarına olan məlumata görə, Quantanamoda Venesueladan olan 178 miqrant olub. ABŞ Daxili Təhlükəsizlik Departamentinin yüksək vəzifəli rəsmisi telekanala bildirib ki, onlardan 177-si elə həmin gün deportasiya edilib, daha biri isə ABŞ-də həbsxanaya göndərilib.

Telekanalın məlumatına istinad edən Honduras Xarici İşlər Nazirliyindən qeyd ediblər ki, ölkə 174 venesuelalı miqrantı ABŞ-dən gətirən reysi qəbul edib və onların dərhal Venesuelaya aparılması qərara alınıb. Mənbə ABŞ və Honduras tərəfindən təqdim edilən rəqəmlər arasındakı fərqi “sadəcə xəta” adlandırıb.

O, həmçinin bildirib ki, ABŞ hakimiyyəti Quantanamoya daha çox miqrant göndərməyi planlaşdırır. Eyni zamanda, daha iki mənbə telekanala bildirib ki, Daxili Təhlükəsizlik Departamenti Pentaqondan miqrantların müvəqqəti saxlanması üçün alternativ yerlər tapmağı xahiş edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Venesuela   Quantanamo  


Bizi "telegram"da izləyin