İranda Kürdüstan əyalətində azı 124 nəfər edam olunub, 41 qaçaqmalçı qətlə yetirilib

2025/02/1740121435.jpg
Oxunub: 463     10:45     21 Fevral 2025    
İranın Kürdüstan əyalətində 2024-cü ildə azı 124 kürd etnik qrupunun nümayəndəsi edam olunub.

Ordu.az “İran İnternational”a istinadən xəbər verir ki, məlumatı “Hana” Hüquq Müdafiə Təşkilatı illik hesabatında açıqlayıb.

Bildirilib ki, bu, son on illər üzrə ən yüksək göstərici sayılır.

Məlumata görə, İran təqvimi (martın 21-dən başlayır) ilə bir il ərzində İran və İraq sərhədində yaşayan 41 qaçaqmalçı İslam Respublikası hərbçiləri tərəfindən öldürülüb, 216-sı isə yaralanıb.

Hesabata əsasən, 10-dan çox kürd etnik qrupunun nümayəndəsi sərhədyanı ərazilərə döşənən minaların qurbanı olub. Onlardan beşi ölüb, beşi isə yaralanaraq əlil olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Kürdüstan   Edam  


Bizi "telegram"da izləyin