ABŞ dövlət katibi Çinlə münasibətləri qoruyub saxlamağı zəruri hesab edir

2025/02/1740121239.jpg
Oxunub: 391     10:37     21 Fevral 2025    
ABŞ sürətlə inkişaf edən iqtisadi və hərbi güc kimi Çinlə münasibətlərini saxlamalıdır.

Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.

“Bizə əlaqələr lazımdır, çünki onun olmaması münaqişəyə səbəb ola bilər”, - o bildirib.

M.Rubio əlavə edib ki, Çindən asılı olan bir dünyada yaşamaq istəmirlər: “Çin Hind-Sakit okean regionunda hökmranlıq edir, regional ticarətə, təchizat zəncirlərinə nəzarət edir”.

ABŞ dövlət katibi vəd edib ki, Vaşinqton Pekinlə münasibətlərində simmetrik davranacaq: “Onlar nəsə etsələr, biz də onu edəcəyik”.

“ABŞ-də Çin şirkətləri nə istəyirlərsə edirlər, bizim oradakı şirkətlərimiz isə məhdudiyyətlərə məruz qalır”, - M.Rubio vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Çin  


Bizi "telegram"da izləyin