Çin üç Filippin təyyarəsini hava məkanından çıxarıb

2025/02/1740119224.jpg
Oxunub: 456     10:05     21 Fevral 2025    
Çin hərbi qüvvələri Cənubi Çin dənizində ona məxsus olduğunu iddia etdiyi Nanşa (Spratli) adaları yaxınlığındakı hava məkanından üç Filippin təyyarəsini çıxarıb.

Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Çin Xalq Azadlıq Ordusunun Cənub bölgəsi Döyüş Komandanlığının rəsmi nümayəndəsi Tian Cunli bildirib.

“Fevralın 20-də Filippinə məxsus iki “C-208” və bir “N-22” təyyarəsi Çinin Nanşa (Spratli) adaları yaxınlığında hava məkanına qanunsuz daxil olub”, - T.Cunli vurğulayıb.

O qeyd edib ki, Cənub Zonası Döyüş Komandanlığı qüvvələri vəziyyətə tam nəzarət edib: “Xəbərdarlıq olunub və Filippin təyyarəsi müvafiq hava məkanından çıxarılıb”.

“Filippin qeyri-qanuni iddialarını irəli sürmək üçün əvvəlcə insidentlər törədir, sonra isə qaranı ağ kimi göstərir. Biz Filippini ciddi şəkildə xəbərdar edirik ki, bu cür hiylələr uğursuzluğa məhkumdur”, - T.Cunli bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Filippin  


Bizi "telegram"da izləyin