Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” nəşri məlumat yayıb.
Türkiyə Hərbi Dəniz Qüvvələri Dizayn Layihə Ofisinin direktoru Albay Uçar layihə ilə bağlı mühüm texniki detalları paylaşaraq, gəminin Türkiyəni aviadaşıyıcı gəmiyə sahib 8 ölkədən birinə çevirəcəyini vurğulayıb.
MUGEM-in tamamilə yerli hava platformaları ilə fəaliyyət göstərməsi hədəflənərkən, “Kaan”ın dəniz versiyasının inkişafı üzərində işlər davam edir.
“Kaan”ın dəniz versiyası istehsal ediləcəyi təqdirdə, aviadaşıyıcı gəmimizdən qalxıb enə bilməsi üçün TUSAŞ ilə məlumat mübadiləsini davam etdiririk. Bundan əlavə, “Baykar” istehsalı olan “Kızılelma” və TB-3, TUSAŞ istehsalı olan “Hürjet” və “Anka-3” də MUGEM-dən fəaliyyət göstərə biləcək”, - deyə Uçar əlavə edib.
Sevinc Əliyeva
Ordu.az