Ordu.az xəbər verir ki, 500 seriyasının xüsusiyyətlərini daha da təkmilləşdirəcək yeni kamera sistemi haqqında məlumat verən ASELSAN-ın baş direktoru Ahmet Akyol sistemin “oyun dəyişdirici” olduğunu deyib.
Kanadanın Türkiyəyə tətbiq etdiyi kamera sistemi embarqosundan sonra hərəkətə keçən ASELSAN inkişaf etdirdiyi yeni nəsil məhsulları ilə bazarda özünü qısa zamanda təsdiqləyib. Hazırda PUA ixracatında üstünlük verilən məhsula çevrilən ASELFLIR 500 bu günə qədər 16 ölkə tərəfindən seçilib.
Akyol yeni məhsulun dizaynının tamamlanmaq üzrə olduğuna diqqət çəkib.
“Dünyanın ən yaxşı PUA-larını istehsal ediriksə, ən yaxşı kameranı da edəcəyik”, - deyə o əlavə edib.
Sevinc Əliyeva
Ordu.az