IDEX 2025 tam sürətlə davam edir

2025/02/1740116188.jpg
Oxunub: 514     10:25     21 Fevral 2025    
Türkiyə müdafiə sənayesinin sıx iştirakı ilə Körfəz regionunun və dünyanın aparıcı müdafiə sənayesi sərgilərindən biri olan IDEX fevralın 17-də qapılarını ziyarətçilərin üzünə açıb.

Ordu.az xəbər verir ki, 65-dən çox ölkədən 132 min qeydiyyatdan keçmiş ziyarətçi, 1400-dən çox iştirakçı ilə IDEX və NAVDEX 2025 Beynəlxalq Müdafiə Sərgisi və Konfransı Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilir.

Məlumata görə, sərgi başlayandan yerli və xarici şirkətlər arasında ümumi dəyəri 9,77 milyard AED olan 18 müqavilə imzalanıb.

Türkiyə Müdafiə Sənayesi Komitəsinin rəhbərliyi, Müdafiə və Aviasiya Sənayesi İxracatçıları Birliyinin dəstəyi ilə IDEX və NAVDEX 2025 sərgilərində Türkiyənin 90 müdafiə sənayesi şirkəti iştirak edir.

Dünyanın müxtəlif ölkələrindən, xüsusilə də Körfəz ölkələrindən rəsmi nümayəndə heyətlərinin və müdafiə sənayesi istehsalçılarının iştirakı ilə keçirilən sərgidə yeni müdafiə texnologiyaları ziyarətçilərə təqdim olunur.

5 gün davam edəcək tədbirdə beynəlxalq konfranslar, yüksək səviyyəli dəyirmi masa görüşləri, İnnovasiya səyahəti və “IDEX Talks” kimi bir çox mühüm tədbirlərin keçirilməsi planlaşdırılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: IDEX-2025   Türkiyə  


Bizi "telegram"da izləyin