Ordu.az xəbər verir ki, bu çərçivədə ASELSAN və BƏƏ-də yerləşən müdafiə şirkəti “Calidus” arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
ASELSAN-ın baş direktoru Ahmet Akyol sosial media hesablarında bu müqavilə ilə bağlı paylaşım edərək bildirib:
“Əbu-Dabidə keçirilən IDEX2025 sərgisində “Calidus” ilə müdafiə layihələri üçün yeni müqavilələr imzaladıq. Hər iki ölkə üçün əhəmiyyətli əlavə dəyər yaradacaq əməkdaşlığımız xeyirli olsun”.
Qeyd edək ki, “Calidus” 2024-cü ilin may ayında ASELSAN-da olub və texnoloji əməkdaşlıqla bağlı görüşlər keçirib.
SAHA EXPO 2024 sərgisində ASELSAN “Calidus Aerospace” ilə sabit qanadlı platformalar üçün kokpit displey texnologiyaları və fırlanan qanadlı platformaların modernləşdirilməsi üzrə əməkdaşlıq müqaviləsi imzalayıb.
Bu yeni müqavilə ilə ASELSAN və “Calidus” arasında mövcud əməkdaşlıq daha da gücləndirilib.
Sevinc Əliyeva
Ordu.az