VENOM LR-ə malik TRAKON 30 qülləsi ANACONDA 8x8 zirehli döyüş vasitəsinə inteqrasiya edilib

2025/02/1740115573.jpg
Oxunub: 704     14:50     21 Fevral 2025    
Türkiyə müdafiə sənayesinin istehsal etdiyi silah sistemləri Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) platforma istehsalçılarının ortaq seçiminə çevrilib.

Ordu.az xəbər verir ki, “CANiK” brendi ilə tanınan “Samsun Yurt Savunma” (SYS) Qrup şirkətləri BƏƏ-nin paytaxtı Əbu-Dabidə keçirilən, regionun ən böyük və dünyanın aparıcı müdafiə sənayesi tədbirlərindən biri olan IDEX 2025 Beynəlxalq Müdafiə Sərgi və Konfransına ən müasir həlləri ilə qatılıb.

Sərgidə qrup şirkətlərinin yer aldığı stenddə “CANiK”in tapança və 12,7×99 mm-lik (50 çap) “CANiK M2 QCB” ağır pulemyot modelləri, AEI SYSTEMS tərəfindən istehsal edilən, aşağı geri təpmə və tənzimlənən yüksək atış sürəti ilə önə çıxan 30x113 mm-lik orta çap top sistemi VENOM LR ilə UNIROBOTICS-in uzaqdan idarə olunan silah sistemləri (silah qüllələri) başda olmaqla, bir sıra məhsullar nümayiş etdirilib.

Bu məhsullar stenddən başqa BƏƏ-nin müdafiə sənayesində fəaliyyət göstərən 3 fərqli hərbi platforma istehsalçısının stendlərində 15 fərqli avtomobildə də nümayiş etdirilib.

BƏƏ-də müxtəlif ölkələrdəki tərəfdaşları ilə müdafiə sənayesi həlləri təklif edən RESOURCE INDUSTRIES stendində VENOM LR-ə malik TRAKON 30 qülləsi həm müstəqil, həm də 2 fərqli MOREB 4×4 zirehli personal daşıyıcısında nümayiş etdirilib.

Bu qüllənin nümayiş olunduğu digər vasitə “STREIT Group” stendində ANACONDA 8x8 zirehli döyüş vasitəsi olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: VENOM-LR   TRAKON   ANACONDA  


Bizi "telegram"da izləyin