Ordu.az xəbər verir ki, “ASSAN Group” baş direktoru Gürcan Okumuş jurnalistlərə verdiyi xüsusi açıqlamada Cənubi Koreyaya hərbi sursat satacaqlarını açıqlayıb.
Okumuş bəzi milli hərbi sistemlər üçün “hibrid mühərrik” üzərində çalışdıqlarını və prototipin bu il sərgilənəcəyini deyib.
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən və dünyanın müdafiə sənayesinin ən mühüm təşkilatlarından sayılan IDEX 2025 sərgisi davam edir.
Bu il tədbirdə 65 ölkədən 1400-dən çox şirkət iştirak edir, Türkiyənin müdafiə sənayesi şirkətləri də yer alır.
Türkiyədə kritik sursatların kütləvi istehsalı dedikdə ilk ağla gələn şirkətlərdən biri olan “ASSAN Group”un baş direktoru şirkətin müxtəlif sahələrdə uzun illər təcrübəsi olduğuna diqqət çəkib.
Okumuş hazırda diqqətlərinin kütləvi istehsalın gücləndirilməsinə yönəldiyini deyib.
O, həmçinin mövcud infrastrukturlarını təkmilləşdirdiklərini və yeni istehsal xətləri üçün addımlar atdıqlarını, dünyanın müxtəlif yerlərində istehsal üçün “qollarını çıxramaladıqlarını” bildirib.
Okumuş Cənubi Koreya ilə müqavilə imzalamaq üzrə olduqları barədə məlumat paylaşıb.
“Son illərdə Cənubi Koreya dünyanın ən mühüm hərbi ixracatçılarından birinə çevrilib. Çox ciddi bir həcmə çatıblar. Onlar dünyaya satırlar, biz də onlara satacağıq. MK seriyalı təyyarə bombaları ilə bağlı tenderdə razılaşdığımızı deyə bilərik. Müqavilənin tezliklə imzalanacağını gözləyirik”, - deyə deyə o əlavə edib.
Sevinc Əliyeva
Ordu.az