BƏƏ “Calidus” ilə 1 milyard dollar dəyərində yeni raket sistemi razılaşması əldə edib

2025/02/1740115420.jpg
Oxunub: 654     15:22     21 Fevral 2025    
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) müdafiə şirkəti “Calidus” ilə 3,76 milyard AED (təxminən 1 milyard dollar) dəyərində yeni raket sistemi müqaviləsi imzalayıb.

Ordu.az xəbər verir ki, Əbu-Dabidə keçirilən Beynəlxalq Müdafiə Sərgisi (IDEX) çərçivəsində elan edilən bu müqavilə tədbirin ikinci günündə açıqlanan ən böyük müqavilə olub.

BƏƏ hökumətinə bağlı olan “Tawazun” satın alınacaq sistemlərin təfərrüatları haqqında məhdud məlumat verib. Bununla belə, “1-ci Mərhələ” olaraq elan edilən razılaşmada sistemin zirehli vasitələrə quraşdırıla bilən “yer-yer” raket sistemi olduğu bildirilib.

Müdafiə sərgisində geniş sərgi sahəsinə sahib olan “Calidus” burada müxtəlif zirehli vasitələrini təqdim edib. Sərgidə nümayiş etdirilən vasitələrdən birində ALHEDA adlı raket podu olub, şirkət eyni zamanda bölgədə dizayn və istehsal edilən ilk model olaraq 8x8 zirehli vasitəni təqdim edib. ASELSAN “Korkut” sistemi də vasitəyə inteqrasiya edilib.

“Calidus” təkcə quru sistemləri ilə deyil, həm də hava platformaları ilə işləyir. BƏƏ Hərbi Hava Qüvvələri “Calidus” tərəfindən istehsal olunan B-250 təlim təyyarəsinin ilk müştərisi olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BƏƏ   Calidus   Raket  


Bizi "telegram"da izləyin