ABŞ-də naməlum şəxslər "Tesla" avtosalonuna atəş açıblar

2025/02/1740116616.jpg
Oxunub: 399     08:41     21 Fevral 2025    
Fevralın 19-da Oreqon ştatının Salem şəhərində naməlum şəxslər "Tesla" avtosalonuna silahlı hücum ediblər.

Ordu.az xəbər verir ki, hadisə nəticəsində salonun pəncərələri və bir neçə avtomobil zədələnib. Hücumçular salamat qalan pəncərələrdən birinə “İlonu öldürün” yazılmış qeyd yapışdırıblar.

Hazırda polis insidenti araşdırır. Yerli hakimiyyət orqanları hücumun İlon Maskın sosial şəbəkələrdəki açıqlamaları ilə əlaqəli ola biləcəyini istisna etmir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Tesla   Təxribat  


Bizi "telegram"da izləyin