Təl-Əvivin yaxınlığında 3 avtobus partlayıb

2025/02/1740111554.jpg
Oxunub: 446     02:23     21 Fevral 2025    
Təl-Əviv yaxınlığında 3 avtobus partlayıb.

Ordu.az "Ynet" portalına istinadən xəbər ki, partlayışlar və sonrakı yanğınlar nəticəsində xəsarət alan olmayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları avtobuslara yerləşdirilmiş daha iki partlayıcı qurğu da aşkar ediblər.

Partlayıcı qurğuların çəkisi təxminən 5 kq-dır.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları partlayışlarda şübhəli bilinən şəxslərin axtarışını davam etdirir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tel-Əviv   Partlayış   Avtobus  


Bizi "telegram"da izləyin