Aİ Şurası və Avropa Parlamenti Moldovada islahatları 2 milyard avro ilə dəstəkləməyə razılaşıb

2025/02/1740111461.jpg
Oxunub: 449     02:12     21 Fevral 2025    
Avropa İttifaqı Şurası və Avropa Parlamenti Moldovaya islahatların aparılması və iqtisadi artıma nail olmaq üçün təxminən 2 milyard avro yardım ayırmağa razılaşıb.

Ordu.az xəbər verir ki, bu barədə Aİ Şurasının bəyanatında deyilir.

“Moldova: Şura və Avropa Parlamenti demək olar ki, 2 milyard avro dəyərində islahatları və iqtisadi artımı dəstəkləmək barədə razılığa gəliblər”, - bəyanatda vurğulanıb.

Sənəddə qeyd edildiyi kimi, söhbət Moldova üçün İslahat və İnkişaf Fondunun yaradılmasından gedir.

Vurğulanıb ki, 2025-2027-ci illər arasında Moldovaya 385 milyon avroya qədər qrant və 1,5 milyard avro kredit ayıracağı gözlənilir. Bu kreditlər çox güzəştli, uzun ödəmə müddəti və sərfəli faiz dərəcələri ilə veriləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Moldova   İslahat  


Bizi "telegram"da izləyin