Macarıstan Aİ sammitində Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılmasını dəstəkləməyəcək

2025/02/1740071805.jpg
Oxunub: 465     21:05     20 Fevral 2025    
Macarıstan Aİ xarici işlər nazirlərinin fevralın 24-də Brüsseldə keçiriləcək iclasında Rusiyaya qarşı fərdi sanksiyaların altı ay müddətinə uzadılması qərarını dəstəkləməyəcək, Macarıstan hesab edir ki, bu, Rusiya və ABŞ arasında Ukraynaya dair danışıqlarına mane ola bilər.

Ordu.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və iqtisadi əlaqələr naziri Peter Siyarto “M1” telekanalına müsahibəsində deyib.

“Hesab edirəm ki, Rusiya-Amerika danışıqlarının başlaması və uğurlu olması üçün indi bizə vaxt lazımdır. Biz Brüsseldə bu danışıqlarda çətinlik yarada biləcək heç bir qərarın qəbuluna imkan verməyəcəyik”, - nazir qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Macarıstan   Rusiya  


Bizi "telegram"da izləyin