Ordu.az xəbər verir ki, ASELSAN minaatan və idarə olunan artilleriya sursatları sahəsində mühüm işlər görür.
ASELSAN baş direktoru Ahmet Akyol dünyada artan qarşıdurmalarda ağıllı sursat və atəşə nəzarət sistemlərinin əhəmiyyətinin artdığını ifadə edərək, ASELSAN-ın bu sahədəki işlərini açıqlayıb.
Akyol Ukrayna-Rusiya müharibəsi ilə artilleriya sursatının strateji əhəmiyyətinin artdığını vurğulayıb.
“Son zamanlar bütün dünyadakı münaqişə zonalarında xüsusilə görmədən atış, “indirect fire” kimi tanınan bir konsepsiya çox daha yayılmış hala gəldi. Bəzən artilleriya sistemlərindən, bəzən də minaatanlardan istifadə olunur. Daha böyük seqmentdə bu sistemlərin ballistik raketlərə qədər uzanan üstünlüklərindən istifadə edirik. Burada xüsusilə ağıllı sistemlər ön plana çıxır. ASELSAN olaraq biz bunların ağıllı tərəfinə sərmayə qoyuruq”, - deyə o qeyd edib.
Sevinc Əliyeva
Ordu.az