Ordu.az xəbər verir ki, Əbu-Dabidə keçirilən IDEX 2025 Beynəlxalq Müdafiə Sərgisi və Konfransı davam edir.
Son olaraq EDGE-nin törəmə şirkəti “LAHAB Defence Systems” BƏƏ Müdafiə Nazirliyi ilə “Mk-81”, “Mk-82”, “Mk-83” və “Mk-84” ümumi məqsədli bombalarının istehsalı üçün müqavilə imzalayıb.
Məlumata görə, müqavilənin dəyəri 1,19 milyard dollardır.
EDGE BƏƏ-nin müdafiə sənayesi sektorunu yerliləşdirmə strategiyasına uyğun olaraq sənaye bazasını inkişaf etdirməyi hədəfləyir. Bu saziş ölkənin müdafiə avadanlıqları istehsalında müstəqilliyinin artmasına töhfə verəcək.
Sevinc Əliyeva
Ordu.az