Ordu.az xəbər verir ki, şirkət rabitə, kibertəhlükəsizlik və simulyasiya texnologiyaları sahəsində təcrübəsini önə çıxararaq, beynəlxalq bazarda təsirini artırmağı hədəfləyir.
“CTech” baş direktoru Cüneyd Fırat IDEX 2025-in qlobal müdafiə sənayesi, xüsusən də Körfəz bölgəsi üçün kritik bir sərgi olduğunu vurğulayıb.
“Biz burada olmaqdan çox məmnunuq. Ölkəmizin texnologiya ixracına töhfə vermək və qabaqcıl texnologiya həllərimizi təqdim etməklə, beynəlxalq bazarda varlığımızı gücləndirməyi hədəfləyirik”, - deyə o qeyd edib.
Fırat Türkiyənin İnsansız Dəniz Platforması (İDP) sahəsində dünyada lider mövqeyə malik olduğunu bildirib.
“Türkiyədə İDP layihələrinin böyük bir hissəsində “CTech”in peyk rabitə terminalı “AquaARX” yer alır. Eyni şəkildə insansız quru platformalarında istifadə edilən “UfukLink Mini” rabitə terminallarımıza Körfəz ölkələrində getdikcə daha çox üstünlük verilir”, - deyə o əlavə edib.
Sevinc Əliyeva
Ordu.az