Rusiya PUA sürülərini idarə etmək üçün “Cerberus” sistemi hazırlayıb

2025/02/1740042281.jpg
Oxunub: 395     10:48     22 Fevral 2025    
Rusiya “Cerberus” adı verilən, bağlı Pilotsuz Uçuş Aparatı (PUA) sürüsünü idarə etmək üçün nəzərdə tutulan və yük maşınına quraşdırılan sistem hazırlayıb.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, sistem optik liflərlə birləşdirilmiş 12-yə qədər PUA anqarını özündə birləşdirən mobil platforma kimi fəaliyyət göstərir.

Bu quraşdırma PUA-ların cütlər şəklində işləməsinə, birinin kəşfiyyat aparmasına və digərinin hədəfləri izləyib nişan almasına imkan verəcək.

Sistemin Rusiya ordusunu geniş missiyaları yerinə yetirə biləcək “özünü təmin edən” PUA ilə təmin edəcəyi gözlənilir.

Sevinc Əliyeva
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   PUA   Cerberus  


Bizi "telegram"da izləyin