BƏƏ də “Kaan”ı radarına aldı

2025/02/1740041879.jpg
Oxunub: 572     09:33     21 Fevral 2025    
Türkiyənin ən mühüm müdafiə sənayesi layihələrindən biri olan Milli Döyüş Təyyarəsi “Kaan”a qlobal maraq artmaqdadır.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

TUSAŞ baş direktoru Mehmet Demiroğlu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) də “Kaan”la maraqlandığını açıqlayıb və bu ölkə ilə ortaq hava platforması üzərində işlənə biləcəyi məlumatını paylaşıb.

BƏƏ-nin paytaxtı Əbu-Dabidə dünyanın ən mühüm müdafiə sənayesi sərgilərindən biri olan IDEX 2025 öz işinə başlayıb. Türkiyə müdafiə sənayesi şirkətlərinin böyük marağına səbəb olan sərgi çox dəyərli görüşlərə də ev sahibliyi edir.

Sərginin favoritlərindən biri olan və gördüyü işlər ilə tez-tez xatırlanan TUSAŞ həm BƏƏ rəsmilərinin, həm də dünyanın hər yerindən yüksək səviyyəli nümayəndə heyətlərinin tez-tez ziyaət etdiyi yer olub.

Jurnalistlərə xüsusi açıqlamalar verən Demiroğlu ilk dəfə olaraq çoxdan gözlənilən inkişafın təfərrüatlarını paylaşıb.

TUSAŞ-ın BƏƏ bazarında çox güclü oyunçu olduğunu vurğulayan Demiroğlu həm dövlət qurumları, həm də özəl şirkətlərlə fərqli layihələr üzərində çalışdıqlarını bildirib.

O, BƏƏ-də fəaliyyət göstərən “Calidus” şirkəti ilə TUSAŞ arasında müqavilə imzalandığını deyib.

“Bu kontekstdə “Hürkuş”u necə birlikdə istehsal edə biləcəyimiz və onların hazırladığı təyyarələri necə birlikdə inkişaf etdirəcəyimiz mövzusunda razılığa gəldik. Bununla bağlı müqavilə imzalayacağıq”, - deyə TUSAŞ baş direktoru qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BƏƏ   Kaan   TUSAŞ  


Bizi "telegram"da izləyin