Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
BƏƏ-nin paytaxtı Əbu-Dabidə keçirilən IDEX 2025 beynəlxalq əməkdaşlığın gücləndirilməsi və müdafiə sənayesində yeni tərəfdaşlıqların qurulması baxımından Türkiyə üçün kritik platforma olub.
Türkiyə MSK sədri sərgi çərçivəsində bir çox ölkədən müdafiə və təhlükəsizlik rəsmiləri ilə mühüm görüşlər keçirib.
Türkiyənin yerli və milli müdafiə texnologiyalarında əldə etdiyi nailiyyətlər beynəlxalq arenada böyük təsir bağışlayarkən, bir çox ölkə müdafiə sənayesində əməkdaşlığı inkişaf etdirmək üçün Türkiyə ilə danışıqlar aparıb.
Müdafiə mənbələrinin verdiyi məlumata görə, planlaşdırılan görüşlərə əlavə olaraq bir çox ölkə Türkiyə müdafiə sənayesi rəsmiləri və şirkətləri ilə görüşmək üçün növbəyə düzülüb.
Görgün Slovakiya Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinak ilə görüşüb, müdafiə sənayesi sahəsində əməkdaşlıq, strateji tərəfdaşlıq və gələcək layihələri müzakirə edib.
Türkiyənin qabaqcıl müdafiə sənayesi infrastrukturu Slovakiyanın hərbi modernləşdirmə layihələri ilə inteqrasiya potensialına malikdir.
Görgün BƏƏ-nin müdafiə işləri üzrə dövlət naziri Mohammed Al Mazrouei ilə görüşündə müdafiə sənayesində əməkdaşlıq imkanları, qabaqcıl texnologiyadan istifadə və birgə istehsal modelləri kimi mövzuları müzakirə edib.
Türkiyə MSK-nin stendini ziyarət edən Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev Görgün ilə görüşüb, iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq və strateji layihələri dəyərləndirib. Türkiyə və Azərbaycan birgə müdafiə layihələri hazırlayaraq, hərbi sahədə əməkdaşlığı dərinləşdirməyə davam edirlər.
Səudiyyə Ərəbistanının GAMI şirkətinin rəhbəri Əhməd Əl-Ohali Türkiyə MSK-nin stendini ziyarət edərək, Türkiyə ilə müdafiə sənayesi sahəsində əməkdaşlıq, ortaq layihələr və texnoloji inkişaflar barədə müzakirələr aparıb.
Malayziyanın müdafiə naziri Mohamed Xaled Nordin və Malayziyanın Müdafiə Qərargah rəisi general Tan Sri Bin Yantan Türkiyənin stendini ziyarət edərək, müdafiə sənayesi sahəsində əməkdaşlıq, strateji layihələr və birgə inkişaf imkanlarını müzakirə ediblər.
Sevinc Əliyeva
Ordu.az