Texas qubernatoru Meksika ilə sərhədə 400-dən çox hərbçi göndərəcək

2025/01/1737609682.jpg
Oxunub: 414     13:55     28 Yanvar 2025    
Texas qubernatoru Qreq Ebbott qanunsuz miqrasiya ilə mübarizə aparmaq üçün Meksika ilə sərhədə əlavə 400-dən çox hərbçi, həmçinin təyyarə və helikopterlər göndərmək barədə sərəncam verib.

Ordu.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə qubernatorun ofisi məlumat yayıb.

"Texas Taktiki Sərhəd Qüvvələrinin göndərəcəyi 400-dən çox əlavə əsgər, həmçinin C-130 təyyarələri və “Chinook” helikopterləri Texas Milli Qvardiyasının sərhəddə yerləşdirilmiş minlərlə hərbçisinə qoşulacaqlar", - məlumatda bildirilib.

Qeyd olunur ki, son dörd il ərzində Texas "keçmiş prezident Cozef Bayden administrasiyasının sərhəd böhranına və amerikalıları qorumaqdan imtina etməsinə" qarşı mübarizə aparıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Texas   Meksika  


Bizi "telegram"da izləyin