Ordu.az xəbər verir ki, ASELSAN tərəfindən paylaşılan görüntülərdə ASAF 155 MOFA-nın dəqiq zərbə, gecikmə və yaxınlaşma rejimləri var.
ASELSAN ASAF 155 MOFA-nın hazırlanmasını 2024-cü ildə tamamlayıb.
ASAF 155 MOFA çoxməqsədli ağıllı artilleriya başlığıdır, simsiz başlıq proqramçısı ilə proqramlaşdırıla bilər, yüksək performans, təhlükəsizlik və etibarlılıq təmin edir.
Həssas təsir aşkarlama, məsafə ölçmə və vaxt sayma imkanları sayəsində ASAF 155 MOFA yaxınlaşma, dəqiq zərbə, gecikmə və vaxt sayma rejimləri ilə işə salınaraq, hədəfdə yüksək effektivliyi təmin edir.
ASAF 155 MOFA bütün 155 mm-lik artilleriya sursatları, 155 mm-lik 52 çaplı silahlar və avtomatik yükləmə sistemləri ilə birlikdə istifadə oluna bilər.
Sevinc Əliyeva
Ordu.az