Hindistan İsraildən raketlər alıb

2025/01/1738044822.jpg
Oxunub: 428     12:43     28 Yanvar 2025    
“Israel Aerospace Industries” (IAI) şirkətinin Hindistandakı tərəfdaşı “Bharat Dynamics” tərəfindən istehsal olunan MRSAM sistemləri Hindistan Hərbi Dəniz Qüvvələrinin (HDQ) əksər döyüş gəmilərində quraşdırılacaq.

Ordu.az “Globes” nəşrinə istinadən xəbər verir ki, ötən həftə Hindistan “Barak 8” hava hücumundan müdafiə sisteminin Hindistan versiyasını inkişaf etdirən IAI tərəfdaşı “Bharat Dynamics”dən 70-dən çox MRSAM (orta mənzilli “yer-hava” raketi) sistemi alıb.

Müqavilənin dəyəri 29,6 milyard rupi (təxminən 340 milyon dollar) təşkil edir.

Sistemlər Hindistan HDQ-nin gələcək döyüş gəmilərinin əksəriyyətində quraşdırılacaq.

Hindistan Müdafiə Nazirliyi müqavilənin Hindistanın müdafiə qabiliyyətinin artırılmasında mühüm mərhələ olduğunu bildirib.

Hindistanda yayılan məlumatlara görə, müqavilə Baş nazir Narandra Modinin xarici şirkətlərin yerli istehsal xətlərini idarə etmələrini tələb edən “Made in India” siyasəti çərçivəsində təxminən 350,000 iş günü yaradacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   İsrail  


Bizi "telegram"da izləyin