Ordu.az xəbər verir ki, Rumıniya Müdafiə Nazirliyi ordu üçün yeni versiya olan “Piranha V” ZPD sifarişinin ikinci mərhələsi ilə bağlı 2025-ci ilə qədər 674 milyon avro ayırdığını açıqlayıb.
Məlumata görə, yeni ZPD-lər “Societatea Uzina Mecanica Bucureşti SA”nın törəməsi olan, İsveçrə ZPD-lərinin istehsalı və texniki qulluğu ilə məşğul olan Rumıniya-İsveçrə birgə müəssisəsi CN ROMARM SA-da istehsal olunacaq.
Yeni ZPD-lərin təhvil verilməsinin 2026-2028-ci illər arasında baş tutması və ordunun ümumi “Piranha Vs” sayının 377-yə çatması gözlənilir.
Qeyd edək ki, daha öncə Rumıniya Müdafiə Nazirliyi 6 versiyada 227 “Piranha Vs” alınması üçün böyük sifariş vermişdi.
Sevinc Əliyeva
Ordu.az