Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Generalın sözlərinə görə, Aİ silahlı qüvvələri adada olan ABŞ qoşunlarına qoşulmalıdır.
“Mənim fikrimcə, Qrenlandiyaya indi olduğu kimi, təkcə ABŞ-nin yox, Avropa İttifaqının da qoşunlarının yerləşdirilməsinin mümkünlüyünü nəzərdən keçirmək məntiqə uyğundur. Bu güclü bir siqnal olardı və regiondakı sabitliyə töhvə verərdi”, - deyə Briger bildirib.
Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp Qrenlandiya və Kanadanın ABŞ tərkibinə daxil edilməsinin perspektivlərindən danışmışdı.
Ordu.az