ASELSAN yeni Radar İnteqrasiya Mərkəzi ilə istehsal tutumunu artırır

2025/01/1737968352.jpg
Oxunub: 594     11:38     28 Yanvar 2025    
ASELSAN dünya miqyasında radar texnologiyalarında əhəmiyyətli bir mövqeyə çatıb və xüsusilə AESA əsaslı radar sistemlərində böyük irəliləyiş əldə edib.

Ordu.az xəbər verir ki, son illər beynəlxalq bazarlardan artan tələbatla diqqət çəkən şirkət buna uyğun olaraq yeni investisiyalarla istehsal gücünü genişləndirir.

2024-cü ilin əvvəlində istifadəyə verilən Radar İnteqrasiya Mərkəzi ASELSAN-ın radar istehsal gücünü artırmaq hədəflərinə böyük töhfə verir.

Bu yeni obyekt 50 milyon ABŞ dolları sərmayə ilə inşa edilib və xüsusilə beynəlxalq sifarişlərin qarşılanmasında mühüm rol oynayır.

Bundan əlavə, ASELSAN 2027-ci ilin sonunadək başa çatdırılması planlaşdırılan əlavə radar istehsalı obyektinin inşasına başlayıb.

Ümumi qapalı sahəsi 73 min kvadratmetr olacaq bu yeni obyekt şirkətin hazırkı radar istehsal gücünü üç dəfə artıracaq.

Bu strateji investisiya ASELSAN-ın həm daxili, həm də beynəlxalq bazarlardakı böyümə hədəflərini dəstəkləyəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   Radar  


Bizi "telegram"da izləyin