“Altay” tankının güc paketi istehsalı sürətlənir

2025/01/1737958522.jpg
Oxunub: 614     10:41     28 Yanvar 2025    
“SNT Dynamics” Türkiyənin yeni əsas döyüş tankı “Altay”ın sürətlər qutusu sistemini kütləvi istehsala hazırlayır.

Ordu.az xəbər verir ki, BMC tərəfindən hazırlanan “Altay” əsas döyüş tankı ilkin olaraq Cənubi Koreyada yerləşən “SNT Dynamics” tərəfindən istehsal olunan mühərrik və avtomatik transmissiyadan ibarət güc paketindən istifadə edəcək.

Tankın güc paketi istehsalı tam sürətlə davam edərkən, Türkiyə 2025-ci ilin avqust ayından etibarən “Altay” tanklarını inventarına daxil etməyi planlaşdırır.

“Altay” Tankı Güc Paketi 3 çərçivəsində EST15K transmissiyasının istehsalı hazırda altı aydan çox vaxt aparsa da, kütləvi istehsal sistemi işə salındıqdan sonra hər üç gündə bir transmissiyanın istehsal oluna biləcəyi bildirilir.


“EDaily”nin məlumatına görə, “SNT Dynamics” ilkin olaraq 250 ədəd “Altay” tank güc paketinin istehsalını qarşılamaq üçün istehsal imkanlarını genişləndirir.

Eyni zamanda, bu güc paketinin K2 tankının dördüncü istehsal partiyasında və Polşa kimi ölkələrə ixrac ediləcək K2PL modellərində də istifadə edilməsi planlaşdırılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Altay   Tank   Türkiyə  


Bizi "telegram"da izləyin