Livanla İsrail arasında atəşkəs müddəti uzadılıb

2025/01/1737950386.jpg
Oxunub: 424     06:11     27 Yanvar 2025    
Livan və İsrail arasında atəşkəs razılaşmasının təxminən 3 həftə daha uzadıldığı bildirilir.

Ordu.az xəbər verir ki, bu haqda Ağ Evin yazılı açıqlamasında deyilir.

“ABŞ-nin nəzarətində olan Livan və İsrail arasında barışıq 18 fevral 2025-ci ilə qədər qüvvədə qalacaq”, - deyə açıqlamada bildirilir.

Bəyanatda 7 oktyabr 2023-cü il tarixindən sonra əsir götürülən livanlı məhbusların ekstradisiyası üçün Livan, İsrail və ABŞ hökumətləri arasında danışıqlara başlanılacağına dair məlumat da yer alıb.

Livanla atəşkəs razılaşmasına baxmayaraq, İsrail ordusu işğal etdiyi ərazilərdən geri çəkilməyib və dünən həyata keçirilən hücumlarda 22 nəfər ölüb, 124 nəfər yaralanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Livan   İsrail  


Bizi "telegram"da izləyin