Nigeriyada 70 “Boko Haram” üzvü zərərsizləşdirilib

2025/01/1737949874.jpg
Oxunub: 588     03:27     27 Yanvar 2025    
Nigeriyanın şimal-şərqindəki Borno əyalətində terror təşkilatı “Boko Haram”a qarşı keçirilən əməliyyatlarda 70 təşkilat üzvü zərərsizləşdirilib.

Ordu.az xəbər verir ki, bu haqda Nigeriya Müdafiə Nazirliyinin mətbuat katibi Edvard Buba məlumat verib.

Məlumatda ordunun 16-25 yanvar tarixləri arasında Borno əyalətinin Tumbuktu bölgəsində “Boko Haram”a qarşı əməliyyat keçirdiyi bildirilir.

Əməliyyatlar zamanı 3-ü lider olmaqla 70 təşkilat üzvünün zərərsizləşdirildiyini bildirən Buba, əməliyyatlarda həmçinin 22 əsgərin həlak olduğunu, çoxlu sayda əsgərin isə yaralandığını deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Nigeriya   Boko-Haram  


Bizi "telegram"da izləyin