İbrahim Kalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Suriyaya səfər edib - FOTOLAR

2025/01/6796b-5213848353.jpg
Oxunub: 833     02:20     27 Yanvar 2025    
Türkiyənin Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri İbrahim Kalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Suriyaya səfər edib.

Ordu.az xəbər verir ki, bu haqda Suriya Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat verilib.

Kalın və rəhbərlik etdiyi nümayəndə heyəti Dəməşqdə yeni administrasiyanın rəhbəri Əhməd Şara, xarici işlər naziri Əsad Həsən əş-Şeybani və Suriya kəşfiyyatının rəhbəri Ənes Xattap ilə görüşüb.

Qeyd edək ki, bu səfər Əsəd rejiminin çökməsindən sonra formalaşan yeni administrasiyaya Türkiyədən üçüncü səfərdir.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İbrahim-Kalın   Suriya  


Bizi "telegram"da izləyin