Fələstin Qəzza sakinlərinin məcburi şəkildə köçürülməsi ideyasını rədd edir

2025/01/1736659329.jpg
Oxunub: 1078     23:41     26 Yanvar 2025    
Fələstin rəhbərliyi Fələstin xalqını Qəzza zolağından köçürməyə yönəlmiş hər hansı plan və ya layihəni qəti şəkildə rədd edir.

Ordu.az xəbər verir ki, bu barədə Fələstin Prezident Administrasiyasının açıqlamasında deyilir.

“Fələstin Prezident Administrasiyası Fələstin xalqının Qəzza zolağından köçürülməsinə yönəlmiş hər hansı plan və ya layihəni qəti şəkildə rədd edir və pisləyir. Fələstin xalqının heç vaxt öz torpaqlarını və müqəddəs yerlərini tərk etməyəcəyini vurğulayırıq və 1948 və 1967-ci illərdəki fəlakətin təkrarlanmasına imkan verməyəcəyik. Xalqımız mətanətdə qalacaq və öz vətənlərini tərk etməyəcək", - açıqlamada deyilir.

Ordu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fələstin   Qəzza  


Bizi "telegram"da izləyin