Lukaşenko: "Qərbdəki ekstremistlər Belarusa müdaxiləyə hazırlaşır"

2025/01/1736249160.jpg
Oxunub: 411     16:37     26 Yanvar 2025    
Qərbdəki ekstemistlər 2030-cu ilə kimi Belarusa müdaxilə etməyə hazırlaşır.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ABŞ və Avropa bunun üçün hərbi imkanlara sahibdir.

Ölkə lideri iddia edib ki, Qərbdəki ekstremistlər strateji olaraq 2030-cu ilə hazırlaşır: “Bunun üçün strukturlar yaradılır və maliyyələşdirilir”.

A.Lukaşenko söyləyib ki, ABŞ və Avropa istənilən əlverişli fürsətdə Litva və Polşadan qoşun göndərəcək, məhz buna görə NATO qüvvələri yenidən qruplaşdırılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lukaşenko   Belarus  


Bizi "telegram"da izləyin