Lukaşenko: "Trampın gəlişi ilə Belarusda deyil, Avropada problemlər olacaq"

2021/11/16182-1636371823.jpg
Oxunub: 493     14:45     26 Yanvar 2025    
ABŞ Prezidenti Donald Trampın gəlişi ilə Belarusda deyil, Avropada problemlər olacaq.

Ordu.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Belarus lideri Aleksandr Lukaşenko prezident seçkilərində səs verdikdən sonra jurnalistlərə açıqlamasında bildirib.

Lukaşenko Donald Trampın Ağ Evə gəlməsi ilə ölkəsi üçün heç bir problem görmür:

"Trampın gəlişi ilə Belarusda yox, Avropada problemlər olacaq. Artıq başlayıb. Trampın qələbəsindən sonra Avropada vəziyyətdən çıxış yolu tapmaq üçün ilan kimi fırlanırlar".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lukaşenko   Tramp  


Bizi "telegram"da izləyin