Lukaşenko Belarusda keçirilən prezident seçkilərində səs verib

2025/01/1737881376.jpg
Oxunub: 413     12:40     26 Yanvar 2025    
Belarusun hazırkı prezidenti Aleksandr Lukaşenko prezident seçkilərində səs verib.

Ordu.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Məlumata görə, respublika rəhbəri Minskin Mərkəzi Dairəsinin 1 saylı seçki məntəqəsində səs verib.

TASS-ın məlumatına görə, Lukaşenko səs verməyə iti ilə gəlib. O, jurnalistlərlə bir neçə kəlmə danışıb, seçki komissiyasının üzvlərinə gül dəstəsi təqdim edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lukaşenko   Belarus  


Bizi "telegram"da izləyin