Donald Tramp İsrailə ağır bombaların tədarükünə qoyulan qadağanı ləğv edib

2025/01/1737740865.jpg
Oxunub: 488     08:27     26 Yanvar 2025    
ABŞ prezidenti Donald Tramp Pentaqona əvvəlki administrasiyanın İsrailə 2000 funt-sterlinqlik (908 kq) bombaların tədarükünə qoyduğu qadağanı ləğv etmək göstərişi verib.

Ordu.az-ın "Axios" xəbər portalına istinadla verdiyi məlumata görə, ABŞ anbarlarında saxlanılan 1800 ədəd MK-84 bombası yaxın günlərdə İsrailə göndəriləcək.

Məlumata görə, keçmiş prezident Co Bayden 2024-cü ilin mayında belə bombaların tədarükünü dayandırmaq qərarı verib.

Bu qərar, xüsusilə, MK-84-lərin Qəzza zolağında sıx məskunlaşmış ərazilərdə istifadəsinin qarşısını almaq məqsədi daşıyırdı və ABŞ-İsrail münasibətlərində gərginliyə səbəb olmuşdu.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   İsrail  


Bizi "telegram"da izləyin