Belarusda prezident seçkilərində səsvermə başlayıb

2025/01/1737566740.jpg
Oxunub: 508     09:08     26 Yanvar 2025    
Bu gün Belarusda prezident seçkiləri ilə bağlı 5,3 mindən çox seçki məntəqəsi işə başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə respublikanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Məlumatda qeyd edilib ki, 6,9 milyon Belarus seçicisi 5325 seçki məntəqəsində səs verə biləcək ki, onlardan 207-si xəstəxana, sanatoriya, istirahət evləri və digər müvəqqəti yaşayış yerlərində, 12-si isə hərbi hissələrdə təşkil olunub.

Səsvermə saat 20:00-da başa çatacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Belarus   Seçki  


Bizi "telegram"da izləyin