İlon Mask Almaniyanın ifrat sağçı AfD partiyasının seçki kampaniyasına qoşulub

2024/03/1709353491.jpg
Oxunub: 837     08:16     26 Yanvar 2025    
Amerikalı milyarder İlon Mask Almaniya üçün Alternativ Partiyasının (AfD) seçki kampaniyasına dəstək verib.

Ordu.az-ın "Spiegel" qəzetinə istinadla verdiyi məlumata görə, Mask Halle (Saale) şəhərində təşkil olunan AfD mitinqinə videokonfrans vasitəsilə qatılaraq partiyaya dəstəyini ifadə edib.

Eyni zamanda, ifrat sağçı Avstriya Azadlıq Partiyasının (FPÖ) sədri Herbert Kikl də tədbir iştirakçılarına videomüraciət edib və AfD-yə dəstəyini bildirib.

AfD-nin mitinqinə etiraz olaraq Halle şəhərində radikal sağ əleyhinə nümayiş keçirilib. Bununla yanaşı, Berlində və Almaniyanın digər böyük şəhərlərində də ifrat sağa qarşı aksiyalar təşkil olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mask   Almaniya  


Bizi "telegram"da izləyin