Kamerun Prezidenti Pol Biya prezident seçkilərində yenidən namizəd olacaq

2025/01/1737865449.jpg
Oxunub: 1001     06:48     26 Yanvar 2025    
Kamerun Prezidenti Pol Biya bu ilin oktyabrın 12-də keçiriləcək prezident seçkilərində səkkizinci dəfə namizədliyini irəli sürəcəyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə "CameroonOnline" nəşri məlumat yayıb.

92 yaşını fevral ayında qeyd edəcək Biya, hazırda dünyanın ən yaşlı dövlət başçısıdır və 41 ildən artıqdır ki, bu vəzifəni icra edir. Onun sələfi Amadu Ahidjo 1960-1982-ci illərdə Kameruna rəhbərlik edib.

Kamerun Konstitusiyası prezidentin yaşına və müddət sayına məhdudiyyət qoymur. Bu da Biyanın uzun illər hakimiyyətdə qalmasına şərait yaradıb.

Oktyabr seçkiləri, ölkənin siyasi gələcəyi baxımından böyük maraq doğurur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kamerun   Prezident  


Bizi "telegram"da izləyin