ABŞ Dövlət Departamenti hərbi sursatların təmizlənməsi proqramlarını dayandırır

2025/01/1736407726.jpg
Oxunub: 532     06:26     26 Yanvar 2025    
ABŞ Dövlət Departamenti, bütün dünyada partlamamış hərbi sursatların təmizlənməsi proqramlarını dayandırmaq barədə humanitar təşkilatlara məlumat verib.

Ordu.az xəbər verir ki, bu barədə New York Times qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, müvafiq bildiriş şənbə günü səhər Dövlət Departamentinin silahların ixtisarına cavabdeh olan ofisinin rəhbəri Karen Çandler tərəfindən göndərilib. Mesajda humanitar təşkilatlara, ABŞ tərəfindən maliyyələşdirilən minalardan təmizləmə proqramlarını “dərhal dayandırmağı” xahiş edilib.

Nəşr, Amerikanın yeni administrasiyasının bu proqramlarla bağlı əlavə addımlar atacağına da işarə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Dövlət-Departamenti  


Bizi "telegram"da izləyin