Venesuelada prezident seçkilərindən sonra iğtişaşlarda iştirak etmiş 1896 nəfər azad edilib

2024/07/fe466-1721538103.jpg
Oxunub: 403     00:02     26 Yanvar 2025    
Venesuelada 2024-cü il prezident seçkilərindən sonra iğtişaşlarda iştirak etdiklərinə görə saxlanılmış 1896 nəfər azad edilib.

Ordu.az-ın məlumatına görə, Bolivar Respublikasının Baş Prokurorluğu bu barədə açıqlama yayıb.

Komunikedə bildirilib ki, 2025-ci il yanvarın 16-dan 24-dək, əvvəllər baxılmış işlərə əlavə olaraq, 381 məhbusun işinə sorğu verilib və baxılıb. Bu, Konstitusiyada təsbit olunmuş prinsiplərə və hüquqlara ciddi riayət etməklə azadlığa buraxılanların sayını 1896-ya çatdırıb.

Baş Prokurorluq, sülhün, ədalətin və insan hüquqlarının müdafiəsi sahəsində obyektiv və qərəzsiz iş aparmağa sadiq olduğunu bir daha vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Venesuela   İğtişaş  


Bizi "telegram"da izləyin