Ordu.az xəbər verir ki, bu barədə “Bild” yazıb.
Aksiya Brandenburq qapısı yanında keçirilib. İştirakçılar əllərində şam və fənərlər tutublar. Onlar həmçinin AfD-ni dəstəkləyən ABŞ Prezidenti Donald Tramp və biznesmen İlon Maska qarşı da etirazlarını bildiriblər.
Nümayişçilər Xristian Demokrat İttifaqının (XDİ) lideri Fridrix Mersi də tənqid ediblər. O, əvvəllər Bundestaqda XDİ/XSİ fraksiyasının miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi ilə bağlı təkliflər irəli sürəcəyini və bunun parlamentdəki digər partiyaların təşəbbüsü dəstəkləyib-dəstəkləməməsindən asılı olmayaraq baş verəcəyini açıqlamışdı.
Siyasi rəqiblər onun sözlərini “təcrid” strategiyasından – AfD ilə hər hansı əməkdaşlığın istisna edilməsindən prinsipial olaraq imtina etməyə hazır olması kimi qiymətləndiriblər, çünki AfD də miqrasiya siyasətinin sərtləşdirilməsinin tərəfdarıdır və bu sahədə addımları dəstəkləyəcəyini bildirib.
Ordu.az