İlon Mask blokçeyn texnologiyalarını tətbiq etməyi planlaşdırır

2024/06/AP221-1718610286.jpg
Oxunub: 677     21:32     25 Yanvar 2025    
ABŞ-ın Hökumət Effektivliyi Departamenti (DOGE) rəhbəri İlon Mask, dövlət idarəçiliyində blokçeyn texnologiyalarının tətbiqini nəzərdən keçirir.

Ordu.az-ın Bloomberg-ə istinadən verdiyi məlumata görə, Mask bu texnologiyanın dövlət xərclərinin daha effektiv monitorinqinə, məlumatların təhlükəsizliyinə və zəruri ödənişlərin şəffaf həyata keçirilməsinə töhfə verəcəyinə inanır. Hazırda DOGE bəzi ictimai blokçeyn platformaları ilə danışıqlar aparır.

Dekabr ayında bu yanaşmanın imkanları Donald Trampın keçid komandasının nümayəndələri ilə müzakirə olunub. Məlumata görə, blokçeyn Maskın departamentin fəaliyyətinə təqdim etmək istədiyi texnoloji həllərdən sadəcə biri olacaq.

Donald Tramp daha əvvəl bildirib ki, DOGE, Ağ Ev ilə əməkdaşlıq çərçivəsində "məsləhətlər və təlimatlar təqdim edəcək". NBC News-a görə, adından fərqli olaraq, DOGE federal hökumət daxilində tam hüquqlu bir departament statusuna malik olmayacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İlon-Mask   Blokçeyn  


Bizi "telegram"da izləyin