ABŞ Meksika ilə sərhədə "Stryker" zirehli transportyorları yerləşdirməyi nəzərdən keçirir

2023/12/1701508012.jpg
Oxunub: 14062     20:01     25 Yanvar 2025    
ABŞ administrasiyası qeyri-qanuni immiqrasiyanın qarşısını almaq üçün Meksika ilə sərhəddə "Stryker" zirehli transportyorları ilə təchiz olunmuş hərbi bölmələr yerləşdirmə imkanını nəzərdən keçirir.

Ordu.az-ın Washington Post-a istinadən verdiyi məlumata görə, ABŞ rəsmiləri ABŞ-Meksika sərhədinə əlavə olaraq minlərlə hərbçi, o cümlədən 20 tonluq Stryker zirehli transportyorları ilə təchiz edilmiş piyada bölmələri göndərməyi planlaşdırır.

Mənbələr bildirir ki, ümumilikdə 10 minə qədər hərbçinin, o cümlədən 82-ci hava-desant diviziyasının əsgərlərinin sərhədə köçürülməsi müzakirə edilir.

Bundan əvvəl ABŞ administrasiyası sərhədin qərb hissəsinə 4000 hərbçinin, helikopterlərin və hərbi kəşfiyyat bölmələrinin yerləşdiriləcəyini açıqlamışdı.

Qeyd edək ki, yanvarın 20-də ABŞ Prezidenti Donald Tramp sərhəd təhlükəsizliyi üçün fövqəladə vəziyyət elan edib. O, bunun qeyri-qanuni miqrantların ölkəyə "fəlakətli hücumuna" qarşı mübarizə aparmaq məqsədilə cənub sərhədinə əlavə qoşun göndərilməsinə imkan yaradacağını bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Meksika   Stryker  


Bizi "telegram"da izləyin