Türkiyə ordusu Suriya və İraqda yeni əməliyyat keçirib, 5 terrorçu öldürülüb

2024/11/1732282425.jpg
Oxunub: 524     18:44     25 Yanvar 2025    
Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında yeni əməliyyat keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, əməliyyat nəticəsində İraqın Haftanin bölgəsində PKK terror qruplaşmasının iki üzvü öldürülüb.

Həmçinin Suriyanın şimalındakı Barış Pınarı əməliyyat bölgəsində PKK/YPG terror təşkilatının üç üzvü zərərsizləşdirilib.

Nazirlik bildirib ki, terrorçulara qarşı mübarizə davam edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   PKK  


Bizi "telegram"da izləyin