Məhkəmə Yun Sok Yolun həbsinin uzadılmasından yenidən imtina edib

2024/02/65df0-1709115316.jpg
Oxunub: 690     18:09     25 Yanvar 2025    
Məhkəmə ikinci dəfə Cənubi Koreya Prezidenti Yun Sok Yolun həbsinin 6 fevraladək uzadılması barədə prokurorluğun vəsatətini rədd edib.

Ordu.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Mərkəzi dairə məhkəməsi prokurorluğun əlavə araşdırma aparması üçün həbsin uzadılmasına dair əsasları yenidən qeyri-kafi hesab edib. O, yanvarın 24-də də oxşar qərar qəbul etmişdi.

Bu gün məlum olub ki, prokurorluq yenidən vəsatət təqdim edib. Prokurorluq təkrar müraciətində qeyd edib ki, keçmişdə presedentlər olub.

Yanvarın 23-də Antikorrupsiya Təhqiqatları İdarəsi dövlət başçısı dövlət başçısının istintaqla əməkdaşlıqdan imtina etməsi fonunda Yun Sok Yolun qiyam işini prokurorluğa təhvil verib.

Prezident Yun Sok Yol yanvarın 15-də həbs edilib. İdarədə ilk və yeganə dindirməyə gətirilib. Burada ifadə verməkdən imtina edib.

Məhkəmə Yun Sok Yolun yanvarın 19-da ilkin olaraq 10 günlük - yanvarın 28-dək həbsdə saxlanılması barədə qərar çıxarıb. Yun Sok Yolun müdafiəçiləri dəfələrlə həbsin etibarsız olduğunu bildiriblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Yun-Sok-Yol  


Bizi "telegram"da izləyin