Zelenski: "ABŞ-nin Ukraynaya hərbi yardımı dayandırılmayacaq"

2024/08/1724762464.jpg
Oxunub: 527     17:07     25 Yanvar 2025    
ABŞ-nin Ukraynaya hərbi yardımı dayandırılmayacaq.

Ordu.az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Moldova Prezidenti Maya Sandu ilə keçirdiyi mətbuat konfransında deyib.

V.Zelenski ABŞ Dövlət Departamentinin qərarını şərh etməyə hələ hazır olmadığını qeyd edib, lakin Ukraynaya hərbi yardımın dayandırılmayacağını vurğulayıb.

"Müəyyən məhdudiyyətlər mövcuddur, ətraflı baxmaq lazımdır. Humanitar proqramlara 90 günlük məhdudiyyət var. Bilirəm ki, dünyada əvvəllər ABŞ hökuməti tərəfindən dəstəklənən çoxsaylı institutlar var. Mən hərbi yardıma fokuslanmışam, o dayandırılmayıb", - Ukrayna Prezidenti bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   ABŞ  


Bizi "telegram"da izləyin