Hakan Fidan sabah İraqa səfər edəcək

2024/12/1734583663.jpg
Oxunub: 475     15:47     25 Yanvar 2025    
Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 26-da İraqa səfər edəcək.

Ordu.az xəbər verir ki, məlumatı “Anadolu” agentliyi yayıb.

Bildirilib ki, səfər çərçivəsində onun İraq Prezidenti Əbdüllətif Camal Rəşid, ölkənin Baş naziri Məhəmməd Şiya əs-Sudani, Parlamentin Nümayəndələri Palatasının sədri Mahşud Meşhedani, Baş nazirin müavini və xarici işlər naziri Fuad Hüseyni ilə görüşü gözlənilir.

Məlumata görə, görüşlərdə Türkiyə-İraq əlaqələrinə və terrora qarşı mübarizəyə dair məsələlərin müzakirəsi nəzərdə tutulub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hakan-Fidan   İraq  


Bizi "telegram"da izləyin