Yunanıstan qanunvericiləri səsvermənin ilk turunda yeni prezident seçə bilməyiblər

2025/01/1737812861.jpg
Oxunub: 459     15:35     25 Yanvar 2025    
Yunan qanunvericiləri səsvermənin ilk turunda yeni prezident seçə bilməyiblər.

Bu barədə Ordu.az "Reuters"ə istinadən xəbər verir.

Namizədlərdən heç biri ölkənin prezident seçilmək üçün tələb olunan 200 səsi qazana bilməyib. Parlament üzvləri dövlət başçısını açıq səsvermə yolu ilə seçirlər.

Məlumata görə, səsvermənin ikinci turu yanvarın 31-nə təyin edilib.

İki turda uğursuzluq olacağı təqdirdə tələb olunan səs çoxluğu əvvəlcə 180-ə, sonra isə 151-ə endiriləcək.

Qeyd edilib ki, dövlət başçısı vəzifəsinə dörd namizəd irəli sürülüb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   Prezident  


Bizi "telegram"da izləyin