Antonio Quttereş: "Husilər tərəfindən saxlanılan yeddi BMT əməkdaşı dərhal azad edilməlidir"

2022/03/7sd7f-1648062367.jpg
Oxunub: 388     15:20     25 Yanvar 2025    
Yəmənin üsyançı “Ənsar Allah” hərəkatının husi üsyançıları tərəfindən qanunsuz şəkildə saxlanılan yeddi BMT əməkdaşı dərhal azad edilməlidir.

Ordu.az xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quttereş “X” platformasındakı paylaşımında bildirib.

“Husi üsyançılarının qanunsuz saxladığı 7 BMT əməkdaşının dərhal və qeyd-şərtsiz azad edilməsini, habelə əvvəllər saxlanılan və hələ də tutulmuş şəxslərin azad edilməsini tələb edirəm. BMT personalı və tərəfdaşları, vəzifələrini yerinə yetirərkən hədəf alınmamalı, həbs olunmamalı və ya saxlanılmamalıdır”, - deyə Quttereş paylaşımında vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Quttereş   Husilər   BMT  


Bizi "telegram"da izləyin